23 İyul 2025, 10:34
FUTBOL
"Beşiktaş"ın hücumçusu Semih Kılıçsoy karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Kalyari" türk futbolçunu transfer etmək istəyir. A Seriyası təmsilçisinin baş məşqçisi Fabio Pizakane Semihin oyununu bəyənir.
İtaliya klubu 19 yaşlı forvardı 14 milyon avroluq satınalma bəndi ilə icarəyə götürəcək.
Qeyd edək ki, Semih Kılıçsoy ötən mövsüm "Beşiktaş"ın heyətində keçirdiyi 46 oyunda 4 qol vurub, 6 qol ötürməsi edib.





_1692637766.png)
_1762338149.jpg)





