23 İyul 2025, 09:55
FUTBOL
"Benfika" "Palmeyras"ın yarımmüdafiəçisi Riçard Riosu transfer edib.
Matc.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Lissabon təmsilçisi kolumbiyalı futbolçu üçün Braziliya klubuna 27 milyon avro təzminat ödəyib. 26 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Riçard Rios bu mövsüm "Palmeyras"ın heyətində keçirdiyi 36 oyunda 4 qol vurub, 4 qol ötürməsi edib.





_1692637766.png)
_1762338149.jpg)





