"Almeriya"nın müdafiəçisi Mark Pubile "Atletiko"ya keçib.

Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, transfer 13 milyon avro təşkil edib. Müqavilə 30 iyun 2030-cu ilə kimi imzalanıb.

Qeyd edək ki, 22 yaşlı ispaniyalı "Almeriya"nın heyətində 63 oyun keçirib, 2 qol vurub və 8 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest