"Yuventus" 22 yaşlı vinger Fransisko Konseysaonun "qoca sinyora"nın daimi oyunçusuna olduğunu açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən mövsüm İtalyan nəhəngi portuqaliyalı vingeri "Portu"dan icarəyə götürmüşdü.

Konseysao Turin klubu ilə 2030-cu ilə qədər müqavilə imzalayıb. "Porto" öz rəsmi saytında "Yuventus"un futbolçunun transferi üçün 32 milyon avro ödədiyini bildirib.

Qeyd edək ki, ötən mövsüm hücumçu bütün turnirlərdə 40 oyuna çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 28 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest