"İnter Mayami"nin hücumçusu Lionel Messi liqanın "All-Star" qarşılaşmasında iştirakdan imtina etdiyi üçün MLS-də bir oyunluq cəzalandırıla bilər.

Matc.az xəbər verir ki, bu ESPN məlumat yayıb.

Bildirilir ki, 38 yaşlı futbolçu oyun öncəsi məşqdə iştirak etməyib.

Xatırladaq ki, iyulun 23-də MLS "All-Star" komandası Meksika Çempionatının "All-Star" komandası ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest