İngilis forvard Markus Reşfordun "Barselona"nın oyunçusu kimi rəsmi təqdimatı Katalnoniya klubunun La Liqanın maliyyə qaydalarına görə məhdudiyyətlərə məruz qalması səbəbindən təxirə salınır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sports" paylaşıb.
Bildirilir ki, İspaniya çempionları bir neçə oyunçusunu satana və əmək haqqı fondunu təmizləməyənə qədər yeni oyunçuları qeydiyyatdan keçirə bilməyəcəklər.
Hazırda "Barselona" 2024/25 mövsümündə qazandıqlarından daha çox transfer və maaşa xərcləyib. Klub bir neçə ildir oxşar problemləri yaşayır.
Xatırladaq ki, "Barselona" artıq bir neçə futbolçunu (Pablo Torre, Aleks Valle) satıb və daha bir neçə futbolçunu (Ander Astralaqa, Ansu Fati) icarəyə göndərib, üstəlik Klement Lenqlet azad agent kimi klubu tərk edib, lakin kataloniyalılar artıq qapıçı Joan Qarsiyanı 25 milyon avroya alıb.





_1692637766.png)
_1762338149.jpg)





