Londonun "Çelsi" klubu növbəti transfer üçün Kristofer Nkunkunun qiymətini aşağı salmağa razıdır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Athletic" yayıb.

London klubunun hücumçunun transfer qiymətini 50 milyon avroya endirdiyi bildirilir. 27 yaşlı fransalı futbolçu ilə İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası və İtaliya A Seriyasının klubları maraqlanır.

Xatırladaq ki, "Bavariya" da futbolçu ilə maraqlanırdı, lakin sonra "Çelsi" forvardı daha baha dəyərləndirirdi.

Nkunku 2023-cü ilin yayında 60 milyon avroya "Leypsiq"dən "Çelsi"yə keçib. O, ötən mövsüm 42 matçda 14 qol vurub, 5 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest