22 İyul 2025, 19:06
FUTBOL
İtaliyalı yarımmüdafiəçi Rikkardo Saponara 33 yaşında futbolçu karyerasını bitirmək qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə Quitidiano Sportivo məlumat yayıb.
Saponaranın karyerasındakı son klubu 2024-cü ildən rənglərini qoruduğu Türkiyənin "Ankaragücü" komandası olub. Yarımmüdafiəçi daha çox "Empoli", "Milan" və "Fiorentina"dakı çıxışları ilə tanınır.
O, İtaliyanın müxtəlif yaş kateqoriyalarından ibarət gənclər komandalarında 26 oyun keçirib və 3 qol vurub.
Saponara futbolçu karyerasını bitirdikdən sonra futbol dünyasında qalacaq. O, hazırda Koverçianoda məşqçilik kursları keçir, kursdan sonra Karrarezenin məşqçilər korpusuna qoşulacaq.





_1692637766.png)
_1762338149.jpg)





