"Sportinq"in isveçli hücumçusu Viktor Qyökereşin "Arsenal" klubuna transferi başa çatıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.

Bildirilir ki, sövdələşmənin dəyəri 63,5 milyon avro üstəgəl 10 milyon avro bonus olacaq.

Qeyd edək ki, ötən mövsüm "Sportinq"in hücumçusu bütün turnirlərdə 52 matçda iştirak edib, 54 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest