22 İyul 2025, 18:23
FUTBOL
"O, bu gün bizimlə sağollaşdı və yeni klubuna yollandı".
"Zirə"nin futbolçusu Salifu Suma komandadan ayrılıb.
Matc.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"a (Xorvatiya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında bildirib.
"O, bu gün bizimlə sağollaşdı və yeni klubuna yollandı. Sumanın oyunlarını izləyəcəyik. Ona yeni klubunda uğurlar arzulayırıq. Yeni komandasının adını isə çəkmək istəmirəm. Tam olaraq rəsmiləşəndən sonra hər kəs biləcək", - deyə Sadıqov bildirib.
Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də "Bakcell Arena"da keçiriləcək və saat 19:30-da başlayacaq.





_1692637766.png)
_1762338149.jpg)





