22 İyul 2025, 18:00
FUTBOL
"Kəpəz" Futbol Klubunun yeni baş sponsoru "Unibank" olub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
"Unibank" Gəncənin qüruru, Azərbaycan futbolunun əfsanəsi – "Kəpəz" Futbol Klubunun sponsoru oldu!
Bu sadəcə bir klub dəstəyi deyil - bu, Gəncədə yenidən alovlanan futbol həyəcanına, tribunaları dolduran coşquya, gənclərin qəlbində boy atan idman ümidlərinə verilən böyük bir nəfəsdir", - deyə bankın məlumatda bildirilir.





_1692637766.png)
_1762338149.jpg)





