22 İyul 2025, 17:24
FUTBOL
"Onun yaxın günlərdə tam şəkildə hazır olacağı gözlənilir".
Mövsümə hazırlığı Polşada davam edirən "Neftçi"nin yeni transferi İmad Farajın son vəziyyəti bəlli olub.
Matc.az xəbər verir ki, "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallının verdiyi məlumata görə, sabiq komandası AEK-də (Kipr) aldığı zədəni tam sağaltmayan fransalı bu problemi geridə qoymaq üzrədir.
"Faraj hələ ikitərəfli oyunlarda iştirak etmir. Hazırda mikrozədəsi var və bu səbəbdən daha çox fərdi məşqlərlə kifayətlənir. Onun yaxın günlərdə tam şəkildə hazır olacağı gözlənilir. Bərpa prosesi kifayət qədər yaxşı gedir".
Xatırladaq ki, "Neftçi" bu gün yerli "Termalika" ilə yoxlama oyunu keçirib. Qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.
(Fanat.Az)





_1692637766.png)
_1762338149.jpg)





