"Milan"ın mərkəz yarımmüdafiəçisi Tommajo Pobeqa yenidən "Bolonya"ya keçib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Söhbət 8 milyon avroya məcburi satınalma şərti ilə bir illik icarədən gedir.

Qeyd edək ki, Pobeqa ötən mövsümü də icarə əsasında "Bolonya"da keçirib. 26 yaşlı italyan yarımmüdafiəçi bütün turnirlərdə 30 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib. "Transfermarkt" portalı onun dəyərini 9 milyon avro qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest