"İnter"in mərkəz yarımmüdafiəçisi Hakan Çalhanoğlu əzəli rəqibi "Qalatasaray"ın azarkeşi olduğu üçün "Fənərbaxça"ya keçməyəcəyini bildirib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Safa Kaan paylaşıb.

30 yaşlı yarımmüdafiəçinin sözlərini Safa Kaan sitat gətirir.

"Ürəyim "sarı-qırmızı"dır. Mən "Qalatasaray" azarkeşiyəm. Heç vaxt Türkiyənin başqa komandasında oynamayacağam", - deyə 30 yaşlı yarımmüdafiəçi açıqlama verib.

Xatırladaq ki, "Qalatasaray" bu yay Çalhanoğlunu almağa çalışsa da, "İnter"lə transfer məbləğində razılığa gələ bilməyib. Bundan sonra "Fənərbaxça"nın yarımmüdafiəçi ilə maraqlandığı bildirilir.

Çalhanoğlu 2021-ci ilin yayından "İnter"də çıxış edir. Ötən mövsüm bütün turnirlərdə 47 matçda 11 qol vurub, 8 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest