22 İyul 2025, 16:02
FUTBOL
"Real"ın gənc hücumçusu Endrik yenidən zədələnib və La Liqanın yeni mövsümünün startını buraxacaq.
Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Bildirilir ki, 19 yaşlı braziliyalı may ayında İspaniya çempionatının son turunda "Sevilya" ilə oyunda aldığı əzələ zədəsinin sağalmasını tamamlayırdı.
Bir gün əvvəl forvard bu zədəsinin təkrarlanması ilə üzləşmişdi, lakin sonra həkimlər Endrikin təxminən iki həftə olmayacağını proqnozlaşdırmışdılar. İndi futbolçunun yaxın iki ayda Madrid klubuna kömək etməyəcəyi gözlənilir.
Qeyd edək ki, ötən mövsüm Endrik bütün turnirlərdə 37 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.





_1692637766.png)
_1762338149.jpg)





