"Liverpul"un vingeri Federiko Kyeza karyerasını "Atalanta"da davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "SportItalia" məlumat yayıb.

Bildirilir ki, Kyeza "Liverpul"un yeni mövsüm üçün planlarına daxil edilməyib. Baş məşqçi Arne Slot hətta italiyalını komandanın mövsümöncəsi təlim-məşq toplanışı üçün heyətinə də daxil etməyib.

"Atalanta" 27 yaşlı italyan futbolçu üçün "Liverpul"a 12 milyon avro verməyə hazırdır.

Qeyd edək ki, tez-tez aldığı zədələr səbəbindən Kyeza "Liverpul"da özünü göstərə bilməyib. O, ötən mövsüm bütün turnirlərdə 14 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Kyezanın "Liverpul" ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest