"Qalatasaray" komandası "Mançester Siti" klubunda çıxış edən braziliyalı qolkiper Edersonla razılıq əldə edib.

Matc.az Türkiyə mətbuata istinadən xəbər verir ki, braziliyalı futbolçu İstanbul klubuna keçməyə razılıq verib.

Bildirilir ki, 31 yaşlı qapıçıya 7 milyonluq maaş təklif edilib.

Qeyd edək ki, Türkiyə nəhəngi "Napoli"dən Viktor Osimhenlə razılığa gəlib. Transferin detalları ilə bağlı danışıq gedir və yaxın günlərdə rəsmi açıqlanacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest