UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" heyətinə yeni hücumçu cəlb edib.

Matc.az xəbər verir ki, Yunanıstan təmsilçisi "Nant"In zimbabveli forvardı Tino Kadevereni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Araz-Naxçıvan"ın "Aris"lə ilk oyunu iyulun 24-də Bakıda keçiriləcək. Cavab matçı isə 31 iyul tarixində Yunanıstanda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest