"Barselona" bir çox klubun transfer siyahısında yer alan Jül Kundeni uzun müddət komandada saxlamağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

İspaniya çempionu fransalı sağ cinah müdafiəçisi ilə yeni müqavilə imzalayacaq. Artıq 26 yaşlı futbolçu ilə razılıq əldə olunub.

Qeyd edək ki, Jül Kunde ötən mövsüm "Barselona"nın heyətində keçirdiyi 53 oyunda 4 qol vurub, 8 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest