22 İyul 2025, 14:55
FUTBOL
İspaniyanın "Betis" klubu heyətinə yeni qapıçı cəlb edib.
Matc.az xəbər verir ki, La Liqa təmsilçisi "Toluka"dan Pau Lopesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Betis" ispan qolkiper üçün Meksika klubuna təzminat ödəməyib. İspaniya millisinin sabiq üzvü olan 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Pau Lopes bu ilin fevral ayından "Toluka"da çıxış edirdi.





_1692637766.png)
_1762338149.jpg)





