22 İyul 2025, 12:23
FUTBOL
"Lids Yunayted" "Hoffenhaym"ın yarımmüdafiəçisi Anton Staxı transfer edib.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqaya yüksələn klub alman futbolçu üçün 20 milyon avro təzminat ödəyib. 26 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Anton Stax ötən mövsüm "Hoffenhaym"ın heyətində keçirdiyi 39 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.





_1692637766.png)
_1762338149.jpg)





