22 İyul 2025, 11:31
FUTBOL
"Qalatasaray"ın futbolçusu Berkan Kutlu karyerasını İspaniyada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Espanyol" 27 yaşlı yarımmüdafiəçini satınalma bəndi ilə icarəyə götürmək üçün rəsmi təklif göndərib. Türk oyunçu özü La Liqaya yollanmağa isti yanaşır. Son qərarı klub rəhbərliyi verəcək.
Qeyd edək ki, Berkan Kutlu ötən mövsüm "Qalatasaray"ın heyətində 42 oyunda 1 qol ötürməsi edib.





_1692637766.png)
_1762338149.jpg)





