"Bavariya" qapıçısı Daniel Peretsi icarəyə verib.

Matc.az xəbər verir ki, Münhen təmsilçisi israilli qolkiperi "Hamburq"a göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı "əlcək sahibi" 2025/2026 mövsümünü "Hamburq"da keçirəcək.

Qeyd edək ki, Daniel Perets ötən mövsüm "Bavariya"nın heyətində 6 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest