22 İyul 2025, 10:16
FUTBOL
Saloniki təmsilçisi "Jirona"dan Qabriel Mişeuyu icarəyə götürüb.
UEFA Konfrans Liqasında "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" heyətinə yeni futbolçu cəlb edib.
Matc.az xəbər verir ki, Saloniki təmsilçisi "Jirona"dan Qabriel Mişeuyu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderlandlı hücumameyilli yarımmüdafiəçi növbəti mövsümü "Aris"in heyətində keçirəcək.
Qabriel Mişeuy ötən mövsüm "Jirona"nın heyətində İspaniya La Liqasında keçirdiyi 9 oyunda 1 qol vurub.
Qeyd edək ki, "Araz-Naxçıvan"ın "Aris"lə ilk oyunu iyulun 24-də Bakıda keçiriləcək. Cavab matçı isə 31 iyul tarixində Yunanıstanda baş tutacaq.





_1692637766.png)
_1762338149.jpg)





