22 İyul 2025, 09:52
FUTBOL
"Mançester Yunayted" "Brentford"un futbolçusu Brian Mbemonu transfer edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qırmızı şeytanlar" kamerunlu vinger üçün onun klubuna 75 milyon avro təzminat ödəyib. 25 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Brian Mbemo ötən mövsüm "Brentford"un heyətində keçirdiyi 42 oyunda 20 qol vurub, 9 qol ötürməsi edib.





_1692637766.png)
_1762338149.jpg)





