"Əl-Qadisiya" "Atalanta"nın hücumçusu Mateo Reteqini transfer edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Səudiyyə Ərəbistanı təmsilçisi İtaliya millisinin üzvü üçün onun klubuna 68 milyon avro təzminat ödəyib. 26 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mateo Reteqi ötən mövsüm "Atalanta"nın heyətində keçirdiyi 49 oyunda 28 qol vurub, 9 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest