"Qalatasaray"ın futbolçusu Prjemislav Frankovski Fransaya qayıtmağa hazırlaşır.

Matc.az xəbər verir ki, "Foot Mercato" məlumat yayıb.

"Renn" polşalı sağ cinah müdafiəçisinin keçidini həll etmək üzrədir. Liqa 1 təmsilçisi 30 yaşlı oyunçunu satınalma bəndi ilə icarəyə götürəcək.

Qeyd edək ki, Qalatasaray" Prjemislav Frankovskini bu ilin fevral ayında "Lans"dan transfer edib. Polşa millisinin üzvü "sarı-qırmızılar"ın heyətində keçirdiyi 15 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest