21 İyul 2025, 20:59
FUTBOL
"Arsenal" futbolçusu Etan Nvanerinin müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
London təmsilçisi "Çelsi" və "Borussiya"nın transfer siyahısında yer alan ingiltərəli vingeri komandada saxlamağı bacarıb. 18 yaşlı oyunçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, Etan Nvaneri "Arsenal"ın yetirməsidir. Gənc futbolçu ötən mövsüm "topçular"ın heyətində keçirdiyi 37 oyunda 9 qol vurub 2 qol ötürməsi edib.





_1692637766.png)
_1762338149.jpg)





