21 İyul 2025, 20:25
FUTBOL
Türkiyə Super Liqasına yüksələn "Gənclərbirliyi" heyətinə yeni futbolçu cəlb edib.
Matc.az xəbər verir ki, Ankara təmsilçisi "Əl-Fəyha"dan ayrılan Henri Onyekurunu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı nigeriyalı vingerlə imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Henri Onyekuru Türkiyədə daha əvvəl "Qalatasaray"ın formasını geyinib.





_1692637766.png)
_1762338149.jpg)





