"Mançester Yunayted"in futbolçusu Markus Reşfordun "Barselona"ya keçidi tamamlanmaq üzrədir.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

İngiltərə millisinin üzvü artıq yeni klubu üçün tibbi müayinədən keçib. "Barselona" 27 yaşlı vingeri satınalma bəndi ilə icarəyə götürəcək.

Qeyd edək ki, Markus Reşford ötən möövsümün ikinci yarısında icarə əsasında "Aston Villa"da çıxış edib. 27 yaşlı futbolçu Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 17 oyunda 4 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest