"Ayntraxt"ın hücumçusu Uqo EkitikeUqo Ekitike karyerasını İngiltərədə davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Liverpul" fransalı forvardın transferini yekunlaşdırıb. İngiltərə çempionu 23 Ekitike üçün onun klubuna 90+5 milyon avro təzminat ödəyəcək. 23 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Uqo Ekitike ötən mövsüm "Ayntraxt"ın heyətində keçirdiyi 48 oyunda 22 qol vurub, 12 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest