Serbiyalı hücumçu Luka Yoviç İtaliyanın "Milan" klubunu müqaviləni uzatmağa razı sala bilməyib.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

İtaliya klubu müqavilənin uzadılması variantını aktivləşdirməyəcək, ona görə də 27 yaşlı futbolçu iyulun 1-dən azad agent olacaq. Onun karyerasını "Kruz Azul" və ya "Botafoqo"da davam etdirə biləcəyi bildirilir.

Qeyd edək ki, ötən mövsüm "Real"ın sabiq futbolçusu A Seriyasında cəmi 15 matçda meydana çıxıb və cəmi 2 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest