13 İyun 2025, 18:02
FUTBOL
"River Pleyt" rəsmi saytında Franko Mastantuononun "Real"a keçidini açıqlayıb.
Matc.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi iyulun 13-də başa çatacaq klublararası dünya çempionatından sonra Madrid klubuna keçəcək.
Transferin dəyəri 63,2 milyon avro təşkil edib.
Qeyd edək ki, Mastantuono "River Pleyt"də 61 oyun keçirib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib.