"Dinamo"nun yarımmüdafiəçisi Martin Baturina Türkiyə Super Liqasında çıxış edə bilər.

Matc.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb.

"Qalatasaray" xorvatiyalı futbolçunu transfer etmək istəyir. "Dinamo" 22 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 15 milyon avro tələb edir.

Baturina ilə İtaliyanın "Komo" klubu da maraqlanır. Futbolçu özü Çempionlar Liqası amilinə görə "Qalatasaray"da oynamağa isti yanaşır.

Qeyd edək ki, Martin Baturina "Dinamo"nun yetirməsidir. Xorvatiya millisinin üzvü ötən mövsüm Zaqreb təmsilçisinin heyətində keçirdiyi 45 oyunda 6 qol vurub, 12 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest