Bu gün Azərbaycan I Liqasında XXVI tura yekun vurulub.

Matc.az xəbər verir ki, turun ikinci oyun günündə 4 qarşılaşma keçirilib.

"İmişli" – "Bakı Sporting" görüşündə hesab açılmayıb. "Karvan"ın öz meydanında 2:2 hesablı heç-heçəyə razılaşıb. "Mingəçevir" səfərdə MOİK-ə qalib gəlib. "Difai" isə "Cəbrayıl"la heç-heçə edib.

Qeyd edək ki, I Liqada "Qəbələ" çempionluq qazanıb. Əyalət təmsilçisi ilə yanaşı, "İmişli" və "Karvan" növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edib.

I Liqa
XXVI tur

16 may (cümə)

"Difai" – "Cəbrayıl" - 1:1
Qollar: F.Kərimzadə, 59 // S.Əliyev, 80 (aq)
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, İslam Məmmədov
Şamaxı OİK stadionu

"İmişli" – "Baku Sporting" - 0:0
Hakimlər: Rövşən Rəcəbov, Aydın Baxşıyev, Zakir Şükürzadə, Sənan Bayramzadə
Heydər Əliyev adına İmişli şəhər stadionu

MOİK – "Mingəçevir" - 1:3
Qollar:
 İ.Əliyev, 66 (pen) // N.Əliyev, 14; A.Nəsibov, 33; A.Usman, 82
Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Anar Bədəlov, Şamil İmanzadə
Binə qəsəbə stadionu

"Karvan" – "Qaradağ Lökbatan" - 2:2
Qollar:
 E.Morgan, 50; E.Qasımov, 74 // T.Mütəlimov, 10; T.Əmircanov, 45 (pen)
Hakimlər: Mahmud Bağırzadə, Nurlan Əhmədzadə, Rasim Axundov, Ruslan Quliyev
Yevlax şəhər stadionu

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest