PSJ-nin baş məşqçisi Tomas Tuxelin taleyinə aydınlıq gəlib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Paris təmsilçisi çalışdırıcısının xidmətindən məmnun qalıb.
Buna görə də, almaniyalı mütəxəssislə yeni müqavilə imzalanıb. Onun yeni sözləşmə müddəti 2021-ci ilin yayına qədər olacaq. 45 yaşlı mütəxəssis buna sevindiyini və PSJ ilə yeni uğurlar qazanacağına inandığını söyləyib.
Qeyd edək ki, Tomas Tuxel ötən ilin yayında komandanın "sükanı arxası"na keçib.