Topaz Premyer Liqasının XXVII turu "Zirə"də debütlə əlamətdar olub. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, "Keşlə"ylə səfər görüşündə (3:1) start heyətində yer alan Orxan Sadıqlı bakılıların formasında ilk oyununu keçirib.
O, klub tarixinə Premyer Liqada forma geyinən 72-ci futbolçu kimi düşüb. Orxana qədər 71 oyunçu çempionatın yüksək dəstəsində komandanın şərəfini qoruyub.
Sadıqlı "Zirə"nin Premyer Liqadakı futbolçuları arasında 4-cü qapıçıdı. Onadək üç qolkiper komandanın uğurları üçün çalışıb. Bunlar Anar Nəzirov, Kamal Bayramov və Abdulla Seyidəhmədovdu.