09 Sentyabr 2024, 12:08
FUTBOL
Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov "Birbaşa Bakı"nın Çempionlar Liqasının qalibi olması ilə bağlı münasibət bildirib. Matc.az xəbər verir ki, o, şəxsi "X" hesabında təmsilçimizin uğurlu haqda paylaşım edib.
AMF rəhbəri “Birbaşa” komandasının uğuruna görə qürur duyduğunu qeyd edib.
"Avropa çempionları! "Bakının “Birbaşa” komandası Çempionlar Liqasının finalında Çexiyanın "Brno" kollektivinə 2:1 hesabı ilə qalib gələrək çempion oldu. Necə də inanılmaz səyahət idi! Futbolçularımız hər addımda ürək, qətiyyət və bacarıq nümayiş etdirdilər. Biz Avropa çempionu olmaqdan qürur duyuruq! Təbriklər!", - deyə Orxan Məmmədov bildirib.