"Topa nəzarət edən tərəf biz idik. Müdafiədə isə ideal deyilik”.

Slovakiya yığmasının baş məşqçisi Françesko Kalzona UEFA Millətlər Liqasında Azərbaycan millisi üzərindəki qələbə (2:0) haqda danışıb. Matc.az xəbər verir ki, italiyalı çalışdırıcı müdafiədə yaxşı oynamadıqlarını etiraf edib.

O, bu yöndə daha çox işləməli olduqlarını vurğulayıb: “Ümumilikdə, komandamın sərgilədiyi futbolu bəyəndim. Topa nəzarət edən tərəf biz idik. Müdafiədə isə ideal deyilik. Başa düşürük ki, bu yöndə daha çox işləməliyik”.

Kalzona iddialı danışaraq, istənilən rəqiblə qarşılaşmada öz oyunlarını diqtə etmək gücündə olduqlarını bildirib: “Əsas odu ki, Estoniya ilə matçdakı kimi sabit komanda olduğumuzu isbatladıq. Göstərdik ki, istənilən rəqiblə görüşdə öz oyunumuzu diqtə etməyi bacarırıq. İki oyunda 6 xal topladıq ki, bunu uğurlu nəticə saymaq olar”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest