09 Sentyabr 2024, 09:45
FUTBOL
"Fənərbaxça" heyətinə yeni futbolçu qatıb. Matc.az xəbər verir ki, İstanbul klubu “Yuventus”dan Filip Kostiçi icarəyə götürüb.
Bu barədə klubun saytı məlumat yayıb. Serbiyalı yarımmüdafiəçi tibbi müayinədən keçmək üçün İstanbula gedəcək.
Qeyd edək ki, 31 yaşlı futbolçu ötən mövsüm “Yuventus”da 33 oyunda 4 məhsuldar ötürmə verib.