"Qalatasaray" rəhbərliyi "Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemironu prioritet transferlər siyahısına daxil edib.

Matc.az xəbər verir ki, bu barədə "The Times" internet nəşri məlumat yayıb.

Bildirilir ki, "Liverpul"la oyunda (0:3) uğursuz çıxışından sonra Kazemironun "Mançester Yunayted"dəki gələcəyi şübhə altına düşüb. 32 yaşlı futbolçu ilk hissədən sonra əvəzlənib.

Qeyd edək ki, Kazemiro ötən mövsüm klubda bütün turnirlərdə 32 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" internet portalında futbolçunun bazar dəyəri 20 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest