03 Sentyabr 2024, 16:47
FUTBOL
“Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İssouf Paro bu gün tibbi müayinədən keçib.
Burkina Fasodan olan 29 yaşlı mərkəz müdafiəçi Premyer Liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Paro karyerasına vətənində “Ouagadougou” klubunda başlayıb və müxtəlif illərdə Cənubi Afrikanın “Santos”, Fransanın “Çamois Niort”, “Concarneau” komandalarında çıxış edib.