Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliyanın "Napoli"də qalıb-qalmayacağı dəqiqləşib. Matc.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Neapol klubunda qalmağa qərar verib.

O, “Napoli” ilə müqaviləsinin müddətini uzatmağa razılaşıb. Xviça daha bir il uzatmaq şərti ilə 2029-cu ilə qədər nəzərdə tutulmuş yeni müqavilə təklifinə “hə” deyib.

Razılaşmaya əsasən, Kvaratsxeliya bonuslarla birlikdə ildə 5 milyon avro qazanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest