"İnter Mayami" klubunun hücumçusu Luis Suares Uruqvay millisindəki karyerasını bitirir. Matc.az xəbər verir ki, bu barədə 37 yaşlı futbolçunun özü paylaşım edib.

Suares bildirib ki, cümə günü, sentyabrın 6-da Uruqvay yığmasının heyətində sonuncu oyununu keçirəcək.

Qeyd edək ki, Luis Suares millidə 137 oyun keçirib. O, bu göstəriciyə görə təkcə Dieqo Qodindən (161) geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest