Təcrübəli yarımmüdafiəçi ilə 1 illik müqaviləyə qol çəkilib.

"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Olimpiakos" klubu yeni transfer edib. Matc.az xəbər verir ki, Yunanıstan təmsilçisi heyətinə tanınmış futbolçu Villianı qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli yarımmüdafiəçi ilə 1 illik müqaviləyə qol çəkilib.

Son klubu “Fulhem” olan 36 yaşlı futbolçu karyerası ərzində "Çelsi", "Arsenal", "Anji", "Şaxtyor" və "Korintians" klublarında da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest