“Barselona”da ayrılıq baş verə bilər. Matc.az xəbər verir ki, bu dəfə futbolçu və ya məşqçi deyil, rəhbər heyətdə istefanın reallaşması gözlənilir.

Belə ki, kataloniyalıların idman direktoru Deku postunu tərk etmək fikrinə düşüb. Portuqaliyalı mütəxəssis klubda yaranmış çətin şərtlərdən məyusluq yaşayır. Üstəlik, baş tutmayan bəzi transfer danışıqlarına görə azarkeşlər onu hədəfə alıb.

Bütün bunları nəzərə alan Deku istefa vermək fikrindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest