02 Sentyabr 2024, 15:46
FUTBOL
Massimiliano Alleqri “Benfika”nı çalışdıra bilər. Matc.az xəbər verir ki, Portuqaliya klubu italiyalı mütəxəssisin namizədliyini nəzərdən keçirir.
“Yuventus”un sabiq çalışdırıcısının agenti Lissabonda görüntülənib. Hazırda tərəflər arasında danışıqlar aparılır. “Benfika” ötən gün baş məşqçi Rocer Şmidti istefaya göndərib.
Qeyd edək ki, “Benfika” bu mövsüm Portuqaliya çempionatında keçirdiyi ilk 4 turda 7 xal toplayıb.