Yay fasiləsində “Səbail”dən ayrılan Anass Najahın yeni klubu müəyyənləşib. Matc.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi karyerasını yenidən ölkəsində davam etdirəcək.

26 yaşlı orta sahə oyunçusu “De Qrafşap”la anlaşıb. Najah II Liqa komandası ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Anass Najah “Səbail”ə ötən ilin yayında “Telstar”dan keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest