Azərbaycan millisinin sentyabrın 5-də İsveçə qarşı keçirəcəyi Milətlər Liqasının I tur oyununun təyinatları müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA Bakıdakı görüşə macarıstanlı hakimləri göndərmək qərarına gəlib.

C Liqasının 1-ci qrupunun matçını Balaş Berke idarə edəcək. Ona Vensel Tot və Balaş Szert kömək edəcək. Dördüncü hakim funksiyasını Ksaba Pinter yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest