Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ildə ən çox qol vuran futbolçuların siyahısını dərc edib. Matc.az xəbər verir ki, ümumilikdə 46 oyunçunun yer aldığı cədvəldə Azərbaycan Premyer Liqasında çıxış edən bir futbolçu da var.

Belə ki, “Qarabağ”ın hücumçusu Olavio Juninyo sıralamada 27-cidi. Braziliyalı forvard bu il aktivinə 22 qol yazdırıb. O, bu göstəriciyə görə, Robert Levandovski, Luk De Yonq, Vinisius Junior və Aleksander Sörlot kimi tanınmış simaları geridə qoyub.

Siyahıya 35 qolla Çinin “Şanxay Port” klubunun üzvü Vu Lei başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest